ELM VƏ TƏHSİL


“Yahoo!”nun yeni adı “Altaba” ola bilər

Bakı, 10 yanvar, AZƏRTAC

“Yahoo!” internet şirkətinin adı “Altaba”ya dəyişdiriləcək. Bu barədə “Yahoo!”nun rəhbəri Marissa Mayer açıqlama verib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Marissa Mayerin və şirkətin direktorlar şurasının daha dörd üzvünün rəhbərliyi tərk etmələri gözlənilir.

Bu yaxınlarda ABŞ-ın mobil operatoru “Verizon Communications” tərəfindən 4.8 milyard dollar qarşılığında alınan “Yahoo!”, eyni zamanda, 15 faizlik hissə ilə Çinin ən böyük firmalarından biri olan “Alibaba”nın və 35 faizlik hissə ilə də “Yahoo! China”nın hissədarı kimi diqqət çəkir.

“Yahoo!”nun yeni adının niyə məhz “Altaba” olacağına dair məlumat verilməsə də, bu adın xüsusilə, “Alibaba” sözü ilə oxşarlığı versiyalardan biridir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.