DÜNYA


Yakutiyada 800 min ABŞ dolları dəyərində almaz tapılıb

Bakı, 24 avqust, AZƏRTAC

Rusiyanın Yakutiya vilayətində Nyunbinskaya borusundan 136,24 karatlıq almaz çıxarılıb.

AZƏRTAC “Planet – today” saytına istinadla xəbər verir ki, qiymətli daşın uzunluğu 3, eni isə 2,5 santimetrdir.

Ekspertlərin fikrincə bu tapıntı indiyədək çıxarılan almazların içərisindən ən böyüyüdür. İlkin məlumata görə, tapılan almaza ən azı 800 min ABŞ dolları dəyərində qiymətləndirilib. Hazırda bu almazın hərraca çıxarılması planlaşdırılır. Hərrac zamanı qiymətli daşa ad qoyulacaq və auksionda yığılan pullar xeyriyyə işlərinə sərf olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.