DÜNYA


Yakuza qrupları arasında müharibə Yaponiyanın on prefekturasına yayılıb

A+ A

Tokio, 23 mart, AZƏRTAC

Yakuza qrupları arasında müharibə Yaponiyanın 47 prefekturasından 10-nu əhatə edib.

Martın 21-ə olan vəziyyətə görə, odlu silahdan istifadə də daxil olmaqla 17 belə hadisə qeydə alınıb. Bu barədə Tokioda hökumətin növbəti iclasından sonra keçirilən mətbuat konfransında dövlət naziri, İctimai Təhlükəsizlik üzrə Komissiyanın sədri Taro Kono məlumat verib. Nazir qeyd edib ki, vəziyyət həddindən artıq gərgindir.

Komissiyanın sədri cinayətkar qruplaşmaların toqquşmalarından sadə vətəndaşların ziyan çəkməsinə qarşı tədbirləri ilk addımlar sırasında vurğulayıb. Onun sözlərinə görə, ziyan vurulması və ya ölüm halları baş verməsə də artıq belə hadisələr qeydə alınıb.

Yaponiyada yakuza qruplaşmaları arasında münaqişələr ötən ilin avqustunda “Yamaquçi- qumi” cinayətkar sindikatı parçalandıqdan sonra başlayıb. Yeni yaranan “Kobe yamaquçi-qumi” qruplaşması öz sıralarında 6 min nəfəri birləşdirir. Nəticədə ən böyük “Yamaquçi-qumi” qruplaşması zəifləsə də, hazırda onun sıralarında 14 min nəfərin olduğu bildirilir. Polisin məlumatına görə, Yaponiyadakı peşəkar yakuzaların 46 faizi “Yamaquçi-qumi” qruplaşmasına daxildir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.