MƏDƏNİYYƏT


“Yalnızlığın bal ayı” kitabının “imza günü” keçirilib

A+ A

Bakı, 14 noyabr, Zərəngiz Mansurova, AZƏRTAC

Kitabevim.az-da Müşfiq XANın “Yalnızlığın bal ayı” adlı yeni psixoloji-məhəbbət romanının “imza günü” keçirilib.

AZƏRTAC xəbər verir ki, ədəbi ictimaiyyət nümayəndələrinin, gənc oxucuların iştirak etdikləri tədbirdə romanın süjet xəttindən söz açılıb. Bildirilib ki, həyat tərzini dəyişməyə çalışan gənc kimya müəllimi Eva ilə şagirdi Nel arasında dostluq münasibətinin məhəbbətə çevrilməsindən, onların qarşısında duran maneələrdən bəhs edən bu əsər oxucuların diqqətini cəlb edib. Aktual mövzuya həsr edilmiş roman az bir zamanda geniş oxucu kütləsinin marağına səbəb olub.

Tədbirin sonunda müəllif oxucuların suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.