İDMAN


Yamaykalı atlet “Rio-2016”da yeddinci Olimpiya çempionluğunu qazanıb

A+ A

Bakı, 15 avqust, AZƏRTAC 

Yamaykalı atlet Useyn Bolt karyerasında yeddiqat Olimpiya çempionu olub.

AZƏRTAC xəbər verir ki, 30 yaşlı 11 qat dünya çempionu 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda bütün rəqiblərini üstələyib.

Finişə 9,81 saniyəyə çatan Bolt mövsümün ən yaxşı nailiyyətinə imza atıb. ABŞ təmsilçisi Castin Qatlin (9,89) gümüş, kanadalı Andre de Qrasse (9,91) bürünc medala sahib olub.

Qeyd edək ki, bu, Useyn Boltun “Rio-2016”da ilk medalıdır. Onun əvvəlki Olimpiya Oyunlarında çempionluqları “Pekin-2008” və “London-2012”yə təsadüf edib. Bolt hər iki turnirdə 100, 200 metr və 4X100 metr məsafəyə estafet qaçışında qızıl medal qazanıb.

“Rio-2016”da da yamaykalı sprinteri 200 metr və 4X100 metr məsafəyə estafet qaçışları gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.