İDMAN


Yamaykalı sprinter Useyn Bolt doqquzqat Olimpiya çempionu adını qazanıb

A+ A

Bakı, 20 avqust, AZƏRTAC

Useyn Bolt Yamayka yığmasının heyətində 4x100 metr məsafəyə estafet qaçışı yarışlarında Olimpiya çempionu olub. Beləliklə də Yamaykalı sprinter doqquzqat Olimpiya çempionu adını qazanıb.

AZƏRTAC xəbər verir ki, yarışda Yamayka yığması (Useyn Bolt, Asafa Pauel, Nikel Aşmid və Yoxan Bleyk) 37,27 saniyə nəticə ilə birinci, Yaponiya yığması ikinci (37,60), ABŞ yığması isə üçüncü yeri tutub (37,62).

Bundan əvvəl isə Useyn Bolt 2008-ci ildə Pekində və 2012-ci ildə Londonda keçirilən Olimpiadalarda 6 qızıl medal əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.