İQTİSADİYYAT


Yan Bradşou: TAP üzrə indiyədək Yunanıstan və Albaniyada 80 kilometr borular qaynaq olunub

A+ A

Bakı, 25 noyabr, Nihad Budaqov, AZƏRTAC

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin inşası çərçivəsində indiyədək Yunanıstan və Albaniyada 80 kilometr uzunluğunda borular qaynaq edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə TAP-ın icraçı direktoru Yan Bradşou deyib. Bildirib ki, bu vaxtadək boru kəmərinin marşrutu boyunca 190 kilometr hissə təmizlənib, polad boruların 110 kilometri marşrut üzrə sahələrə düzülüb. Hazırda Yunanıstanda layihə üzrə 1500-dən çox işçi çalışır.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Avropaya daşınmasını təmin edəcək “Cənub” qaz dəhlizinin tərkib hissəsi olan TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Boru kəmərinin uzunluğu 871 kilometr (Yunanıstan–547 kilometr, Albaniya–211 kilometr, Adriatik dənizi–105 kilometr, İtaliya–8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-36 düym). TAP üzrə tələb olunan kapital xərcləri 5 milyard dollardır. Boru kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.