SİYASƏT


Yan Hamaçek: Azərbaycan-Çexiya münasibətləri daha da inkişaf edəcək

A+ A

Praqa, 28 noyabr, AZƏRTAC

Azərbaycan ilə Çexiya arasında münasibətlər bundan sonra daha da inkişaf edəcək və dərinləşəcək.

Bu fikri Çexiya parlamenti Deputatlar Palatasının sədri Yan Hamaçek Azərbaycanın Çexiyadakı səfirliyində dövlət müstəqilliyimizin bərpasının 25 illiyinə həsr edilmiş ziyafətdə söyləyib. Yan Hamaçek Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə xalqımızı təbrik edib, uğurlar arzulayıb.

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev müstəqilliyimizin tarixindən və ölkəmizin qazandığı nailiyyətlərdən danışıb. Səfir Çexiya-Azərbaycan münasibətlərindən söhbət açaraq əlaqələrin inkişaf etdiyini vurğulayıb.

Ziyafətdə Çexiya parlamenti Deputatlar Palatasının sədr müavini Voytex Filip, Çexiya Prezidenti Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Hınek Kmoniçek, bu ölkənin Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmiləri, deputatlar və senatorlar iştirak ediblər.

Çıxışlardan sonra ziyafət iştirakçıları Azərbaycan mətbəxinin təamlarına qonaq olublar.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.