SİYASƏT


Yan Hamaçek: Azərbaycan Cənubi Qafqazda Çexiya üçün çox mühüm tərəfdaşdır

Praqa, 25 may, AZƏRTAC 

Azərbaycanın Çexiyadakı səfirliyi 28 May - Respublika Günü münasibətilə ziyafət təşkil edib. Ziyafətdə Çexiya parlamenti Deputatlar Palatasının sədri, Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Yan Hamaçek, dövlət qurumlarının nümayəndələri, diplomatik korpusun üzvləri, ictimaiyyətin və Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər.

Yan Hamaçek çıxışında iki ölkə arasında əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edib. O, Cənubi Qafqaz regionunda Azərbaycanın Çexiya üçün çox mühüm tərəfdaşı olduğunu bildirib. Yan Hamaçek ölkəmizlə siyasi, iqtisadi və xüsusilə enerji sahəsində çox yaxından əməkdaşlıq aparıldığını qeyd edib. Çexiya Parlamenti Deputatlar Palatasının sədri Azərbaycan tərəfi ilə, xüsusilə Milli Məclislə dostluq münasibətlərinin bundan sonra da dərinləşdiriləcəyinə inandığını söyləyib.

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Çexiya tərəfinə təşəkkürünü bildirib, Azərbaycan-Çexiya əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyinə əminliyini qeyd edib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.