ELM VƏ TƏHSİL
Yanğın baş vermiş çoxmərtəbəli binada yaşayan şagirdlərin siyahısı müvafiq qərargaha təqdim olunub
Bakı, 22 may, AZƏRTAC
Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanındakı yanğın baş vermiş çoxmərtəbəli binada yaşayan ümumi təhsil müəssisələri şagirdlərinin siyahısı Binəqədi Rayon İcra Hakimiyyətində təşkil edilmiş qərargaha təqdim olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu siyahıda adı olan şagirdlər ailələri ilə birgə müvəqqəti məskunlaşdıqları ünvana yaxın məktəblərdə təhsillərini davam etdirəcəklər.
Qərargahda Təhsil Nazirliyini Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Hüseyn Əsgərov təmsil edir.
Həmçinin, vətəndaşlar yanğın hadisəsi zamanı sıradan çıxmış təhsil sənədlərini yenidən almaq üçün yaxınlıqda səyyar fəaliyyət göstərən ASAN xidmətə, yaradılmış qərargaha və ya birbaşa nazirliyə müraciət edə bilərlər.
Əlavə məlumat almaq istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) zəng edə bilərlər.