CƏMİYYƏT


Yanğın təhlükəsizliyi məsələləri Nizami rayonunda da diqqət mərkəzində saxlanılır

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi oktyabrın 27-də Nizami Rayon İcra Hakimiyyətində “Yanğın təhlükəsizliyinin təmin olunmasında fövqəladə hallar, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri, o cümlədən aidiyyəti rayon və təhsil müəssisələrinin, qaz və elektrik enerjisi təchizatı qurumlarının, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri, eləcə də FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin təmsilçiləri iştirak ediblər.

Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov yanğın təhlükəsizliyi sahəsində mövcud problemlərin müəyyənləşdirilərək dərhal aradan qaldırılması istiqamətində işlərin daha da sürətləndirilməsinin vacibliyini qeyd edib.

Tədbirdə “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları”, “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları”, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında məruzələr dinlənilib. Məruzələrdə yanğınların başvermə səbəbləri, onlardan qorunma yolları, eləcə də yanğın hadisələri zamanı qarşıya çıxan problemlərdən danışılıb. Həmçinin ötən il və cari ilin doqquz ayı ərzində baş vermiş yanğınların müqayisəli statistikası tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Çıxışlardan sonra məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.