CƏMİYYƏT


Yanğın zamanı 1 hektar ərazi yanıb

Bakı, 8 avqust, AZƏRTAC

Xəbər verildiyi kimi, avqustun 7-də Hirkan Milli Parkının Lənkəran rayonunun Biləsər kəndinə yaxın yüksək dağlıq ərazisində baş verən yanğın bu gün saat 12:30 radələrində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində tamamilə söndürülüb. Yanğın baş verən ərazi yüksək dağ massivində yerləşdiyindən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, xüsusən əl əməyindən istifadə edilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təxminən 1 hektar ərazini əhatə edən yanğın zamanı yaş ağacların yarpaqları ütülsə də, onlara ciddi ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.

Qeyd edək ki, ərazidə nazirliyin əməkdaşları tərəfindən 24 saatlıq növbətçilik rejimi təşkil edilib.

Hadisənin səbəblərinin və təqsirkarların müəyyən edilməsi üçün Hirkan Milli Parkının rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət edib.

Hazırda dəymiş ziyanın müəyyən edilməsi istiqamətində iş aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.