İQTİSADİYYAT


Yanvar-aprel aylarında əhalinin gəlirləri 6,8 faiz artıb

Bakı, 21 may, AZƏRTAC

Yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz artaraq 14655,6 milyon manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 1510,3 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu dövr ərzində gəlirlərin 86,8 faizi son istehlak xərclərinə, 8,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,0 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 2,7 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 13409,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,9 faiz çox vəsait qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.