İQTİSADİYYAT


Yanvar-aprel aylarında əsas kapitala 4 milyard 533,4 milyon manat vəsait yönəldilib

Bakı, 17 may, AZƏRTAC

2017-ci ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyard 533,4 milyon manat və ya əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 3,5 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, vəsaitin 2982,0 milyon manatı neft sektoruna, 1551,4 milyon manatı isə qeyri-neft sektoruna yönəldilib, ümumi sərmayənin 72,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunmuş vəsaitin 83,9 faizi məhsul istehsalı obyektlərinin, 11,2 faizi xidmət sahələri üzrə obyektlərin, 4,9 faizi isə ümumi sahəsi 506,5 min kvadratmetr olan yaşayış evlərinin payına düşür.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 36,5 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 72,8 faiz, bank kreditləri 10,8 faiz, büdcə vəsaitləri 10,3 faiz, əhalinin şəxsi vəsaitləri 4,4 faiz, büdcədənkənar fondların vəsaitləri 1,2 faiz, digər vəsaitlər isə 0,5 faiz olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.