İQTİSADİYYAT


Yanvar-aprel aylarında ölkədə 80 mindən artıq yeni iş yeri açılıb

Bakı, 23 may, AZƏRTAC 

2017-ci ilin yanvar-aprelində ölkədə 86,4 min yeni, o cümlədən 79,6 min daimi iş yerləri açılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu dövrdə yaradılmış iş yerlərinin 87,5 faizi qeyri-dövlət sektorunda açılıb.

Yeni iş yerlərinin 23,1 faizi Bakı şəhərinin, 0,7 faizi Naxçıvan Muxtar Respublikasının, 76,2 faizi regionların, o cümlədən 25,7 faizi Aran, 13,9 faizi Lənkəran, 11,3 faizi Gəncə-Qazax, 5,8 faizi Dağlıq Şirvan, 5,7 faizi Şəki-Zaqatala, 5,6 faizi Abşeron, 4,7 faizi Quba-Xaçmaz, 3,2 faizi Yuxarı Qarabağ, 0,3 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Daimi iş yerlərinin 5,8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 13,2 faizi mövcud müəssisə və təşkilatlarda, 0,9 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 80,1 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.

Hüquqi şəxslər tərəfindən yaradılmış daimi iş yerlərinin 24,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 20,0 faizi tikinti, 8,4 faizi emal sənayesi, 6,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,9 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 4,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 15,7 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.