İQTİSADİYYAT


Yanvar-aprel aylarında pambıq lifinin ixracında 7,3 dəfə artım olub

Bakı, 24 may, AZƏRTAC

Yanvar-aprel aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən meyvə-tərəvəz ixracı 26,7 faiz, çay – 24,8 faiz, pambıq lifi – 7,3 dəfə, şəkər ixracı 7 faiz, bitki və heyvan mənşəli yağlar – 7,0 faiz, elektrik enerjisi - 8,3 dəfə, kimya sənayesi məhsulları – 82,3 faiz, alüminium və ondan hazırlanan məmulatlar – 37,2 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın ikinci sayında yer alıb.

Buradan görmək olur ki, respublikamızda pambıqçılığın inkişafına verilən dəstək artıq özünü ixracda göstərir. Bu ilin 4 ayında pambıq lifinin ixracının 7,3 dəfə artması buna əyani sübutdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.