İQTİSADİYYAT


Yanvar-aprel aylarında ümumi daxili məhsul istehsalı 20139,8 milyon manat təşkil edib

Bakı, 18 may, AZƏRTAC

2017-ci ilin yanvar-aprel aylarında ölkədə ümumi daxili məhsul istehsalı 20139,8 milyon manat təşkil edib, əhalinin hər nəfərinə düşən ÜDM 2075,5 manata bərabər olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9 faiz artıb, neft-qaz bölməsində isə 6,7 faiz azalıb. Bu dövrdə ümumi daxili məhsulun 8975,7 milyon manatı sənayedə, 2215,0 milyon manatı ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 1660,4 milyon manatı tikintidə, 1461,2 milyon manatı nəqliyyat və anbar təsərrüfatı, 602,6 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 583,2 milyon manatı turistlərin yerləşdirilməsi və ictimai iaşə, 350,9 milyon manatı informasiya və rabitə sahələrində, 2815,5 milyon manatı digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə 1475,3 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.