REGİONLAR
Yanvar-apreldə 334,5 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb
Bakı, 18 may, AZƏRTAC
Cari ilin may ayının 1-nə kimi 334,5 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu dövrdə 43,6 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 21,2 min hektarı dən üçün qarğıdalı), 55,2 min hektar sahədə kartof, 44,9 min hektar sahədə tərəvəz, 15,9 min hektar sahədə bostan bitkiləri, 11,4 min hektar sahədə şəkər çuğunduru, 9,6 min hektar sahədə dən üçün günəbaxan, 1,5 hektar sahədə tütün, 107,5 min hektar sahədə pambıq, 38,8 min hektar sahədə çoxillik otlar, 1,3 min hektar sahədə birillik otlar və 4,8 min hektar sahədə sair yazlıq bitkilər əkilib.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında diri çəkidə ət istehsalı 3,0 faiz artaraq 155,5 min ton, süd istehsalı 1,3 faiz artaraq 630,7 min ton, yumurta istehsalı 6,5 faiz artaraq 578,1 milyon ədəd, yun istehsalı isə 40,9 faiz azalaraq 1720 ton olub.
2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,2 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 15,8 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,6 faiz artıb.