İQTİSADİYYAT


Yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 8281,4 milyon manat, xərcləri 9348,5 milyon manat olub

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 8281,4 milyon manat, xərcləri 9348,5 milyon manat təşkil edib. Büdcənin icrasında 1067,1 milyon manatlıq və ya ümumi daxili məhsulun 2,8 faizi qədər kəsir yaranıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, daxilolmaların 25,9 faizi əlavə dəyər vergisi, 14,4 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 9,4 faizi fiziki şəxslərin gəlir vergisi, 5,0 faizi aksizlər, 11,7 faizi digər vergilər, 33,6 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 18,8 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 17,3 faizi ümumi dövlət xidmətləri, 15,4 faizi sosial müdafiə və sosial təminat, 15,3 faizi təhsil və səhiyyə sahələrinin, 33,2 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri 10103,1 milyon manat, xərcləri 10622,2 milyon manat təşkil edib, büdcənin icrasında 519,1 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,2 faizi qədər kəsir yaranıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.