İQTİSADİYYAT


Yanvar-avqust aylarında əhalinin gəlirləri 8,6 faiz artıb

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC

Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,6 faiz artaraq 28972,4 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 3011,7 manat təşkil edərək ötən ilə nisbətən 7,4 faiz artıb. Bu dövr ərzində gəlirlərin 78,2 faizi son istehlak xərclərinə, 9,3 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 9,9 faizi isə yığıma yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirlər 26275,4 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.