İQTİSADİYYAT
Yanvar-avqust aylarında vergilərlə bağlı bəyannamələrin 94,6 faizi elektron formada təqdim edilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Vergilər Nazirliyinin rəsmi internet səhifəsi və “195” Çağrı Mərkəzi vasitəsilə vergi ödəyiciləri məlumatlandırılır, bəyannamələrin vaxtında təqdim edilməsi məqsədilə onların telefon nömrələrinə mesajlar göndərilir.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, elektron xidmətlərdən istifadənin üstünlükləri ilə bağlı aparılan təbliğat və izahat işləri nəticəsində bəyannamələrin elektron qaydada təqdim edilməsi səviyyəsi yüksəlib.
Belə ki, 2013-cü ildə bəyannamələrin 93,4 faizi, 2014-cü ildə 91,6 faizi, 2015-ci ildə 94,9 faizi, 2016-cı ilin yanvar-avqust aylarında isə 94,6 faizi elektron formada təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]