MƏDƏNİYYƏT
Yanvar ayında Qobustan Milli Tarix-Bədii Qoruğunu 4 mindən çox turist ziyarət edib
Bakı, 31 yanvar, Ceyhun Alışlı, AZƏRTAC
Bu ilin yanvar ayında Qobustan Milli Tarix-Bədii Qoruğunu 4 min 600 turist ziyarət edib. Ötən ilin yanvarında isə bu rəqəm 1335 nəfər təşkil edib ki, bu da müqayisədə 3 dəfə çoxdur. Hazırda Çingildağda olan qayaüstü rəsmlərin pasportlaşdırılması aparılır. Belə ki, 14 qayanın tam pasportlaşdırılması tamamlanıb, bu qayaların üstündə 138-dək yeni qayaüstü rəsm tapılıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qobustan Milli Tarix-Bədii Qoruğunun baş fond mühafizəçisi Fikrət Abdullayev deyib.
“Bu istiqamətdə elmi-tədqiqat işləri davam edir. Ümumilikdə qayaüstü rəsmlərin sayının 6 minədək olacağını gözləyirik. Qoruqda yeni turist marşrutları da fəaliyyətə başlayıb. Əvvəllər turist marşrutları təkcə Böyükdaş dağındaydısa, indi Kiçikdağ və Çingildağa da turist marşrutları açılıb. Yanvar ayında aparılan monitorinqin nəticəsinə görə, qoruğa daha çox Sinqapur, İndoneziya və Koreya Respublikasından gələnlər üstünlük təşkil edir”, - deyə F.Abdullayev bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]