İQTİSADİYYAT


Yanvar-iyul aylarında 125 yaşayış məntəqəsi qazlaşdırılıb

A+ A

Bakı, 4 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında 125 yaşayış məntəqəsinə təbii qaz verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların qaz təchizatının daha da yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilməsi məqsədilə cari ilin yanvar-iyul ayları ərzində 6 min 681,2 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb. Şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 197,5 kilometr qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində bu ilin yanvar-iyul aylarında 125 yaşayış məntəqəsi qazlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.