İQTİSADİYYAT


Yanvar-iyul aylarında “Azneft” üzrə 3,6 milyon neft və 3,3 milyard kubmetr qaz hasil edilib

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyul aylarında “Azneft” İstehsalat Birliyində (İB) 3,6 milyon neft və 3,3 milyard kubmetr qaz hasil olunub.

Birlikdən AZƏRTAC-a bildirilib ki, ilin ötən yeddi ayı ərzində “Azneft” üzrə 3 milyon 663,9 min ton neft hasil edilib. Hesabat dövründə birlik üzrə qaz hasilatı sahəsindəki göstəricilərdə də artım tempi müşahidə olunub. Belə ki, 3,2 milyard kubmetr qaz hasilatı nəzərdə tutulduğu halda, bu rəqəm 3,3 milyard kubmetrə bərabər olub və plan 102,1 faiz yerinə yetirilib.

Yeddi ay ərzində “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında 32 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 43,8 min ton neft hasil edilib.

Yanvar-iyul aylarında fəaliyyətsiz quyu fondundan 45 quyu nəzərdə tutulduğu halda 67 quyu istismara qaytarılıb. Bu quyulardan 10,2 min ton neft hasil edilməsi planlaşdırılırdı. Lakin faktiki olaraq 25,3 min ton neft alınıb ki, bu da plandan 15,1 min ton çoxdur.

İlin əvvəlindən 370 geoloji tədbir keçirilib və nəticədə 95,4 min ton neft hasil edilib. Bu da plana qarşı 25 tədbir çox və 14,3 min ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə, 24,4 min ton plana qarşı 31,1 min ton neft hasil edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.