İQTİSADİYYAT
Yanvar-iyul aylarında avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,8 faiz artıb
Bakı, 10 sentyabr, AZƏRTAC
2016-cı ilin yanvar-iyul aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınması 28359,3 min ton, yük dövriyyəsi isə 5396,9 milyon ton-kilometr olub.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yüklərin 18223,5 min tonu və ya 64,3 faizi avtomobil nəqliyyatı, 7576,1 min tonu və ya 26,7 faizi dəmir yolu nəqliyyatı, 2559,7 min tonu və ya 9 faizi dəniz nəqliyyatı ilə daşınıb.
2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmi 8,2 faiz azalıb. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 18,5 faiz və 34 faiz) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,8 faiz artıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 14,8 faizini və ya 4197,9 min tonunu tranzit yüklər təşkil edib.
2016-cı ilin yanvar-iyul aylarında dəhliz vasitəsilə 196,7 milyon sərnişin daşınıb, sərnişin dövriyyəsi 3959,3 milyon sərnişin-kilometr olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması 2,3 faiz, sərnişin dövriyyəsi isə 1,4 faiz artıb. Sərnişin daşınmasındakı artım avtomobil nəqliyyatı ilə daşımalar hesabına baş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]