İQTİSADİYYAT


Yanvar-iyul aylarında avtomobil və qoşquların istehsalı 26,8 faiz artıb

A+ A

Bakı, 13 avqust, AZƏRTAC 

Cari ilin yanvar-iyul aylarında maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 156,5 milyon manatlıq məhsul istehsal edilib. Ötən dövrdə 2015-ci ilin yanvar-iyul ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 10,9 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 2,3 faiz azalıb, avtomobil və qoşquların istehsalı isə 26,8 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yeddi ay ərzində 67,1 faiz az minik avtomobili, 11,1 faiz az ştanqlı quyu nasosları istehsal olunub. Bununla yanaşı, hesabat dövründə 602 ədəd traktor, 138 ədəd qoşqular və yarımqoşqular, 272 ədəd yük avtomobili istehsal edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.