İQTİSADİYYAT
Yanvar-iyul aylarında xarici müəssisələr əsas kapitala 5 milyard manatadək vəsait yönəldib
Bakı, 14 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 milyard 923,1 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 4 milyard 328,5 milyon manatı (87,9 faizi) Böyük Britaniya, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub.
Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68,5 faizini tikinti, yenidənqurma və genişləndirmə, 11,8 faizini əsaslı təmir, 3,9 faizini cari təmir, 15,8 faizini isə digər işlər təşkil edib.
Ümumi inşaat işlərinin 88,1 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.