CƏMİYYƏT


Yanvar-iyun ayları ərzində ölkə üzrə içməli su təchizatı üzərində sistemli nəzarət təmin olunub

Bakı, 9 avqust, AZƏRTAC

Cari ilin 6 ayı ərzində ölkə üzrə içməli su təchizatı üzərində sistemli nəzarət təmin olunub. Respublikanın 56 şəhər və rayonunda əhali tərəfindən istifadə olunan içməli suyun keyfiyyəti və təhlükəsizliyi üzərində monitorinq aparılıb, bakterioloji və fiziki-kimyəvi göstəricilərinə görə su nümunələri müayinə olunub.

Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Kür və Ceyranbatan Baş Su Təmizləyici Qurğuları, Oğuz-Qəbələ-Bakı Su Kəməri su təchizatı sistemləri vasitəsi ilə əhaliyə verilən içməli suyun keyfiyyəti və təhlükəsizliyi üzərində keçirilən monitorinq zamanı 93 su nümunəsi, Bakı şəhərinin mərkəzi su anbarlarının 776 su nümunəsi laboratoriya müayinəsinə cəlb edilib.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən Səhiyyə Nazirliyinə daxil olmuş məktuba əsasən, IV İslam Həmrəyliyi Oyunlarının və Formula -1 Azərbaycan Qran - Pri yarışının keçirilməsi ilə əlaqədar olaraq Bakı şəhəri və rayonlarının polis orqanları və sanitariya xidməti orqanlarının birgə fəaliyyəti nəticəsində 195 ünvanda tullantı suların və 60 ünvanda məişət tullantılarının toplanması müəyyən edilib, 134 sulu zirzəmidə sağlamlaşdırıcı tədbirlərin görülməsi və 57 ünvanda toplanmış məişət tullantıları kənarlaşdırılması təşkil edilib. Bakı şəhər Dezinfeksiya Stansiyası tərəfindən 161 yaşayış binasının girişlərində və zirzəmilərində, yağış sularından yaranmış gölməçələrin ətrafında, xüsusilə əhalinin sıx məskunlaşdığı ərazilərdə kütləvi dezinfeksiya və dezinseksiya tədbirləri aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.