İQTİSADİYYAT


Yanvar-iyun aylarında 106 yaşayış məntəqəsinə təbii qaz verilib

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

Altı ayda Azərbaycanda 106 yaşayış məntəqəsinə təbii qaz verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər uğurla davam etdirilir. İstehlakçıların qaz təchizatının daha da yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilməsi məqsədilə cari ilin yanvar-iyun aylarında 6 min 636 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 189 kilometr qaz kəməri əsaslı təmir olunub.

Aparılan tikinti-quraşdırma işləri nəticəsində Kürdəmir, Ağsu, İsmayıllı, Saatlı, Beyləqan, Bərdə, Ağcabədi, Şabran, Zərdab, Sabirabad, Salyan, Neftçala, Cəlilabad, Tovuz, Qəbələ, Qusar, Qax, Şəki, Göyçay, Quba, Tərtər, Şəmkir, Goranboy, Oğuz, Gədəbəy, Ucar, Samux, Yevlax, İmişli və Masallı rayonları üzrə 106 yaşayış məntəqəsi qazlaşdırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.