İQTİSADİYYAT
Yanvar-iyun aylarında 38 min ton quş əti istehsal edilib
Bakı, 27 iyul, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında quşçuluq fabriklərində diri çəkidə 38,0 min ton (keçən il 30,4 min ton) quş əti və 382,0 milyon ədəd (keçən il 342,9 milyon ədəd) yumurta istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 11 milyon 54,4 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 102 ədəd yumurta alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [14:53]
® “Coca-Cola” gəncləri Novruz bayramı münasibətilə təbrik etdi
- 19.03.2024 [14:13]
“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
- 19.03.2024 [12:50]