İQTİSADİYYAT


Yanvar-iyun aylarında Azərbaycan ərazisindən 5,5 milyon ton yük daşınıb

Bakı, 25 iyul, AZƏRTAC

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanın ərazisindən 16 minə yaxın yük avtomobili keçib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə nazirlikdə keçirilən geniş kollegiya iclasında qeyd edilib.

"Ümumiyyətlə, yanvar-iyun aylarında ölkə ərazisindən ümumilikdə 5,5 milyon ton yük daşınıb. Yüklərin 4,4 milyonu (80 faiz) neft və neft məhsullarının, 1,1 milyonu isə (20 faiz) qeyri-neft məhsullarının payına düşür. Ötən ilin analoji dövrü ilə müqayisədə neft və neft məhsullarının daşınmasında 23 faiz, qeyri-neft məhsullarında isə 36 faiz artım müşahidə olunur", - deyə iclasda diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.