İQTİSADİYYAT


Yanvar-iyun aylarında “Azəri-Çıraq-Günəşli”də hasilat 119 milyon barreldən çox olub

A+ A

Bakı, 22 avqust, AZƏRTAC

Bu ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundakı quyulardan hasilat gündəlik orta hesabla 655 min barrel, ümumilikdə isə 119 milyon barreldən çox, yəni 16 milyon ton təşkil edib.

“BP-Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə AÇG-də ümumilikdə 102 neft hasilat quyusu, 43 qaz və su injektor quyusu istismarda olub. Yanvar-iyun aylarında AÇG-də 9 neft hasilat quyusu, 3 suvurma və bir qaz injektor quyusu qazılıb.

Bu ilin ilk altı ayında AÇG layihəsinə təqribən 260 milyon dollar əməliyyat və 828 milyon dollar isə əsaslı məsrəflər xərclənib.

AÇG-də iştirak payları belədir: BP (operator – 35,8 faiz), SOCAR (11,6 faiz), “Chevron” (11,3 faiz), “Inpex” (11 faiz), “Statoil” (8,6 faiz), “ExxonMobil” (8 faiz), TPAO (6,8 faiz), “Itochu” (4,3 faiz), “ONGC Videsh Ltd.” (OVL) (2,7 faiz).

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.