İQTİSADİYYAT


Yanvar-iyun aylarında diri çəkidə 231,1 min ton ət istehsal olunub

A+ A

Bakı, 21 iyul, AZƏRTAC

Cari ilin birinci yarısında ölkə üzrə diri çəkidə 231,1 min ton ət, 1010,7 min ton süd, 821,9 milyon ədəd yumurta və 15,9 min ton yun istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,6 faiz, süd istehsalı 4,9 faiz, yumurta istehsalı 5,4 faiz və yun istehsalı 3,4 faiz artıb.

Bundan başqa, ölkə üzrə 70,7 ton barama istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.