CƏMİYYƏT


Yanvar-iyun aylarında ekologiya sahəsində 875 müəssisədə müvafiq müayinələr aparılıb

A+ A

Bakı, 25 iyul, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən bu ilin yanvar-iyun aylarında 875 müəssisədə müvafiq müayinələr aparılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəticədə su hövzələrinin və torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə tədqiq olunmuş hər dörd müəssisədən, atmosfer havasının çirkləndirilməsi üzrə tədqiq olunmuş hər üç mobil və stasionar mənbədən birində atılan tullantıların yol verilən normanı aşdığı müəyyən edilib.

Ötən dövrdə təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyətə cəlb olunmuş 239 nəfər vəzifəli şəxsə və vətəndaşlara 294 min manat məbləğində cərimə tətbiq edilib. Bundan başqa, qaldırılmış 217 iddiaya əsasən 58 min manat həcmində cərimə təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.