İQTİSADİYYAT


Yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 16,2 milyard manat olub

Bakı, 15 iyul, AZƏRTAC

Bu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,8 faiz üstələyərək 16,2 milyard manata bərabər olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ticarət dövriyyəsinin 50,1 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9 faizini qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-iyun aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,0 faiz və 2,5 faiz üstələyib.

Cari ilin birinci yarısında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,0 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 18,1 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,9 faizi elektrik malları və mebellərin, 4,8 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 19,1 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Bu müddətdə istehlak məhsullarının 11,4 faizi ticarət müəssisələri, 54,0 faizi fərdi sahibkarlar tərəfindən, 34,6 faizi isə bazar və yarmarkalarda satılıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 4,2 faiz, fərdi sahibkarlar üzrə 2,3 faiz, bazar və yarmarkalar üzrə 0,2 faiz artıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 277,8 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 38,4 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 139,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,8 manatlıq qeyri-ərzaq məhsulları alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.