İQTİSADİYYAT
Yanvar-iyunda Gömrük Komitəsi büdcəyə 1,148 milyon manatdan çox vəsait daxil edib
Bakı, 10 iyul, AZƏRTAC
Bu ilin yanvar-iyun ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 milyard 148 milyon 556,79 min manat daxil olub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 153 milyon 177,52 min manat və ya 15,39 faiz artıb.
Bu ilin altı ayı ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 312 milyon 237,89 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 788 milyon 440,53 min manat, aksizlər üzrə 32 milyon 716,77 min manat, yol vergisi üzrə isə 15 milyon 161,60 manat təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [12:40]
® ABB-nin ATM-lərində yenilik!
- 23.04.2024 [12:28]
Cari ilin birinci rübünün elektrik enerjisi göstəriciləri açıqlanıb
- 23.04.2024 [12:17]
NASA-nın yarışında Azərbaycanı fiziki məhdudiyyətli gənc təmsil edib
- 23.04.2024 [11:29]
Bakı hava limanı 10 il ərzində 36 milyondan çox sərnişinə xidmət göstərib
- 23.04.2024 [10:51]
Birinci rübdə elektrik enerji istehsalı 7 milyard kilovat-saatdan çox olub
- 23.04.2024 [10:38]