İQTİSADİYYAT
Yanvar-iyunda qida məhsullarının istehsalı 2,7 faiz artıb
Bakı, 14 iyul, AZƏRTAC
2017-ci ilin yanvar-iyun aylarında ölkə sənayesində 18,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz az sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin müddətdə sənayenin emal sektorunda tütün məmulatlarının istehsalı 31,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 55,8 faiz, poliqrafiya məhsullarının istehsalı 36,8 faiz azalıb.
Həmçinin qida məhsullarının istehsalı 2,7 faiz, içkilərin istehsalı 30,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,1 dəfə, ağac emalı və ağac məmulatların istehsalı 82,8 faiz, kağız və karton istehsalı 0,1 faiz, tikinti materiallarının istehsalı 38,5 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:12]
“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib
- 26.04.2024 [11:14]
XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib
- 26.04.2024 [10:09]
Dünya birjalarında neft bahalaşıb
- 26.04.2024 [10:08]
“Azeri Light” markalı neft ucuzlaşıb
- 25.04.2024 [20:00]