İQTİSADİYYAT


Yanvar-iyunda vergi orqanları tərəfindən 521 görüş təşkil olunub

Bakı, 26 iyul, AZƏRTAC 

Yanvar-iyun aylarında vergi orqanları tərəfindən vergiödəyiciləri ilə 375, bələdiyyələrlə 71, vergi dostları, şagird, tələbələr və metodiki kabinetlərdə isə 75 olmaqla, ümumilikdə 521 görüş təşkil olunub. Bu görüşlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 106 və ya 39,4 faiz çox olub.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, vergi bəyannamələrinin təqdim edilməsi və vergilərin ödənilməsi müddətləri barədə vergiödəyicilərinin məlumatlandırılması məqsədilə hər ay üzrə “Yaddaş” və “Vergi təqvimi” hazırlanaraq Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilib və bir sıra KİV-lərdə yayımlanıb, eyni zamanda, vergiödəyicilərinin məlumatlandırılması üçün vergi orqanlarına göndərilib.

Hesabat dövründə Vergilər Nazirliyinin rəsmi internet saytının “Sual-cavab” bölməsi vasitəsilə daxil olan 1707 sual cavablandırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 587 sual və ya 1,5 dəfə çox olub.

Bu ilin ilk yarısında vergiödəyicilərinə xidmət strukturları tərəfindən hesabat dövründə 39 min 43 vergiödəyicisinə ünvanlı xidmət göstərilib ki, bu da ötən ilin müvafiq dövrü ilə (7120) müqayisədə 5,5 dəfə çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.