İQTİSADİYYAT
Yanvar-mart aylarında Ə.Əmirov NQÇİ-də 21,5 min ton neft və 11,4 milyon kubmetr qaz hasil olunub
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına neft və qazçıxarma idarəsində bu ilin birinci rübündə 21 min 500 ton neft hasil olunub, 21 min 433 ton neft isə təhvil verilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə 11 milyon 452 min kubmetr qaz hasil olunub və 10 milyon 385 min kubmetr qaz isə təhvil verilib.
Bununla yanaşı, yanvar-mart aylarında 52 quyuda texniki tədbir görülüb. Nəticədə 204 tona qarşı, 309,9 ton neft hasil olunub. Həmçinin 29 quyuda geoloji tədbir görülüb ki, nəticədə 480 tona qarşı, 820 ton neft çıxarılıb.
İdarədə 40 quyuda əsaslı təmir işi görülüb, 914 quyuda isə yeraltı təmir aparılıb. Hazırda neft və qazçıxarma idarəsinin ümumi quyu fondu 436-ya bərabərdir. Onlardan 420-si işlək, 14-ü fəaliyyətsiz fonda aiddir, 2 quyu isə mənimsəmədədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]