İQTİSADİYYAT


Yanvar-mart aylarında Səngəçal terminalından 69 milyon barreldən çox neft və kondensat ixrac edilib

Bakı, 11 may, AZƏRTAC

Cari ilin yanvar-mart aylarında Səngəçal terminalı 69 milyon barreldən çox neft və kondensat, o cümlədən 60,5 milyon barreldən çox Bakı-Tbilisi-Ceyhanla (BTC), 7,5 milyon barrel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) və təqribən 1,1 milyon barrel kondensat ixrac kəməri vasitəsilə ixrac edib.

“BP-Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 26,5 milyon standart kubmetr (936 milyon standart kubfut) “Şahdəniz” qazı ixrac olunub.

İlk üç ayda da AÇG və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barrel neft və “Şahdəniz” qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.