İQTİSADİYYAT


Yanvar-mart aylarında emal sənayesində 2,3 milyard manatlıq məhsul istehsal olunub

Bakı, 22 aprel, AZƏRTAC

Yanvar-mart aylarında emal sənayesində 2,3 milyard manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 58,1 faiz azalma, qida məhsullarının istehsalında 3,4 faiz, içki istehsalında isə 37,1 faiz artım müşahidə olunub. Bu sahələrin əsas məhsullarından pendir və kəsmik istehsalı 2,7 faiz, qaymaq və xama istehsalı 1,5 faiz, kolbasa məmulatlarının istehsalı 3,5 dəfə, marqarin istehsalı 16,8 faiz, duru bitki yağlarının istehsalı 20,4 faiz, cem və marmeladların istehsalı 2,3 faiz, alkoqolsuz içkilərin istehsalı 61,9 faiz, pivə istehsalı 89,0 faiz artıb, bununla yanaşı, qənd istehsalı 10,7 faiz, kərə yağı istehsalı 2,2 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.