İQTİSADİYYAT
Yanvar-mart aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 5,1 faiz artıb
Bakı, 20 aprel, AZƏRTAC
2017-ci ilin yanvar-mart ayları ərzində informasiya və rabitə müəssisələri 391,7 milyon manatlıq xidmət göstərib ki, onun da 71,4 faizi əhali tərəfindən istehlak olunub. 2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 5,1 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,5 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, xidmətlərdən əldə edilən gəlirin 48,5 faizi və ya 189,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]