REGİONLAR


Yanvar-martda 105,2 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb

Bakı, 21 aprel, AZƏRTAC 

Respublikada yazlıq bitkilərin kütləvi əkininə başlanılıb. 2017-ci ilin aprelin 1-i vəziyyətinə 105,2 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu dövrdə 13,3 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 1,7 min hektarı dən üçün qarğıdalı), 27,1 min hektar sahədə kartof, 23,0 min hektar sahədə tərəvəz, 4,0 min hektar sahədə bostan bitkiləri, 6,8 min hektar sahədə şəkər çuğunduru, 2,7 min hektar sahədə dən üçün günəbaxan, 1,6 min hektar sahədə pambıq və digər yazlıq bitkilər əkilib.

Həmçinin yanvar-mart aylarında təsərrüfatlarda 22,7 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 50 faiz çox tərəvəz məhsulları istehsal edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.