İQTİSADİYYAT


Yanvar-may aylarında hava nəqliyyatı ilə 784 mindən çox sərnişin daşınıb

Bakı, 25 iyun, AZƏRTAC

2017-ci ilin yanvar-may aylarında hava nəqliyyatı ilə 784,8 min nəfər və ya ötən ilin müvafiq dövrünə nisbətən 25,2 faiz çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sərnişin daşımalarının 99,9 faizi dövlət, yalnız 0,1 faizi özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Hava nəqliyyatı ilə yükdaşıma isə 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artaraq 63,7 min tona çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.