İQTİSADİYYAT


Yanvar-noyabr aylarında “Gazprom”un Avropaya təbii qaz ixracı 11,8 faiz artıb

Bakı, 3 dekabr, Nihad Budaqov, AZƏRTAC 

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin bu ilin yanvar-noyabr aylarında Avropaya qaz ixracı 11,8 faiz artaraq 161,6 milyard kubmetrə çatıb.

AZƏRTAC “Gazprom”a istinadla xəbər verir ki, şirkət noyabr ayında tarixi boyu ən böyük həcmdə təbii qaz ixrac edərək rekorda imza atıb. Belə ki, “Gazprom” ötən ay 17,6 milyard kubmetr qaz ixrac edib. Bu, oktyabr ayındakı maksimum ixrac həcmindən 0,5 milyard kubmetr çoxdur.

Bu ilin 11 ayı ərzində isə “Gazprom” ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 milyard kubmetr artım olmaqla Avropaya ümumilikdə 161,6 milyard kubmetr təbii qaz ixrac edib.

Rusiya təbii qazını idxal edən ölkələr siyahısında ilk sırada 5,9 milyard kubmetrlik (57,3 faiz) artımla İngiltərə olub. Siyahıda sonrakı yerlərdə müvafiq olaraq 3,4 milyard kubmetrlik (8,4 faiz) artımla Almaniya, 1,9 milyard kubmetrlik (21,8 faiz) artımla Fransa, 1,8 milyard kubmetrlik (90,8 faiz) artımla Hollandiya, 1,7 milyard kubmetrlik (19,9 faiz) artımla Polşa, 1,4 milyard kubmetrlik (35,3 faiz) artımla Avstriya və 957 milyon kubmetrlik (159,4 faiz) artımla Danimarka qərarlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.