Yanvar-noyabr aylarında ölkə əhalisinin nominal gəlirləri 8,2 faiz artıb
Bakı, 19 dekabr, AZƏRTAC
Bu ilin yanvar-noyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2 faiz artaraq 43 milyard 389,9 milyon manata çatıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 4459,1 manat təşkil edib.
Bu dövr ərzində gəlirlərin 84,8 faizi son istehlak xərclərinə, 8,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 4,9 faizi isə yığıma yönəldilib.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 39 milyard 692,4 milyon manat vəsait qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]