İQTİSADİYYAT


Yanvar-noyabrda əhalinin gəlirləri 8,9 faiz artıb

Bakı, 29 dekabr, AZƏRTAC

2016-cı ilin yanvar-noyabr aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,9 faiz artaraq 40028,5 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əhalinin hər nəfərinə düşən gəlir orta hesabla 4 min 154,7 manat təşkil edərək ötən ilə nisbətən 7,7 faiz artıb.

Bu dövr ərzində gəlirlərin 79,4 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 8,9 faizi isə yığıma yönəldilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.