İQTİSADİYYAT


Yanvar-noyabrda qida məhsullarının istehsalı 4,1 faiz artıb

Bakı, 25 dekabr, AZƏRTAC 

Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə qida məhsullarının istehsalında 4,1 faiz artım, tütün məmulatlarının istehsalında 12,6 faiz, içki istehsalında isə 12,9 faiz azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu sahələrin əsas məhsullarından olan pendir və kəsmik istehsalı 1,9 faiz artaraq 45,3 min ton, marqarin istehsalı 82,2 faiz artaraq 42,1 min ton, kərə yağı istehsalı 7,8 faiz artaraq 23,4 min ton, qənd istehsalı 25,9 faiz artaraq 394,7 min ton, mineral suların istehsalı 2,1 dəfə artaraq 13,1 milyon dekalitr, alkoqolsuz içkilərin istehsalı 26,2 faiz azalaraq 17,4 milyon dekalitr təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.