İQTİSADİYYAT
Yanvar-oktyabr aylarında 304 çoxmərtəbəli binaya təbii qaz verilib
Bakı, 3 noyabr, AZƏRTAC
Cari ilin yanvar-oktyabr aylarında 304 çoxmərtəbəli binaya təbii qaz verilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azəriqaz” İstehsalat Birliyi (İB) çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, birlik bu ilin yanvar-oktyabr ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdırıb və müvafiq sənədləri təqdim olunan 304 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 8 min 772 mənzil var.
“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.