İQTİSADİYYAT


Yanvar-oktyabr aylarında əhalinin gəlirləri 8,7 faiz artıb

A+ A

Bakı, 16 noyabr, AZƏRTAC

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,7 faiz artaraq 36635,8 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 3804,5 manat təşkil edərək ötən ilə nisbətən 7,5 faiz artıb. Bu dövr ərzində gəlirlərin 78,9 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 9,4 faizi isə yığıma yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirlər 33308,0 milyon manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.